Nona Qaprindaşvilinin 80 yaşı tamam olur

Nona Qaprindaşvilinin 80 yaşı tamam olur Bu gün şahmat üzrə 5 qat dünya, 11 qat olimpiya çempiounu, beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın Nona Qaprindaşvili 80 yaşını qeyd edir
Region
3 May , 2021 11:07
Nona Qaprindaşvilinin 80 yaşı tamam olur
Nona Qaprindaşvili

Bu gün şahmat üzrə 5 qat dünya, 11 qat olimpiya çempiounu, beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın Nona Qaprindaşvili 80 yaşını qeyd edir.

“Report”un Gürcüstan bürosu xatırladır ki, şahmat dünyasının ən parlaq fiqurlarından biri 1941-ci ilin mayın 3-də Gürcüstanın Zuqdidi şəhərində anadan olub.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili əfsanəvi şahmatçını yubileyi münasibətilə təbrik edib. O bildirib ki, N.Qaprindaşvilinin xüsusi istedadı və fədakar zəhməti ölkəsinə bir çox uğurlar gətirib, onun adı yalnız qələbə ilə assosiasiya olunur və gürcülərin qəlbində milli iftixar rəmzi olaraq əbədi həkk olunub.

Hökumət başçısı şahmatçıya cansağlığı, uzun ömür və qələbələr arzulayıb.

Ölkənin mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani də N.Qaprindaşviliyə təbrik ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi