NIOC: Neftin qiymətinin aşağı düşməsi İrana Avropaya qaz təchizatı məsələsində üstünlük qazandırıb

NIOC: Neftin qiymətinin aşağı düşməsi İrana Avropaya qaz təchizatı məsələsində üstünlük qazandırıb Azizolla Ramezani: "Bəziləri Avropaya qaz ixrac etməyin İrana iqtisadi cəhətdən sərfəli olmadığını deyir, amma bu, həqiqət deyil"
Region
8 Yanvar , 2016 11:27
NIOC: Neftin qiymətinin aşağı düşməsi İrana Avropaya qaz təchizatı məsələsində üstünlük qazandırıb

Bakı. 8 yanvar. REPORT.AZ/ "Neftin qiymətinin aşağı düşməsi İrana Avropaya qaz ixracı planları baxımından müəyyən üstünlüklər qazandırıb".

"Report" "PressTV"yə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əlaqələr üzrə direktoru Azizolla Ramezani deyib.

Onun sözlərinə görə, İran lazımi texnologiya və investisiya əldə edəcəyi təqdirdə təbii qaz hasilatını artırıb, onun həcmini rekord həddə çatdıra bilər. Direktor bildirib ki, sanksiya rejimi şəraitində bu amillər İranın imkanlarını məhdudlaşdırır.

"ABŞ Avropanın Rusiya asılılığını azaltmaq üçün maye təbii qaz ixrac etməyə çalışır", - A.Ramezani qeyd edib.

Onun sözlərinə görə, İran da Avropa qaz bazarında öz payını almağa cəhd etməlidir: "Bəziləri Avropaya qaz ixrac etməyin İrana iqtisadi cəhətdən sərfəli olmadığını deyir, amma bu, həqiqət deyil".

Son xəbərlər

Orphus sistemi