Nikol Paşinyanın reytinqi 25 faizə düşüb - SORĞU

Nikol Paşinyanın reytinqi 25 faizə düşüb - SORĞU Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb.
Region
26 Sentyabr , 2019 12:03
Nikol Paşinyanın reytinqi 25 faizə düşüb - SORĞU

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb.

“Report” xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, hökumət başçısının vətəndaşlar arasında nüfuzunu müəyyən etmək üçün sosial şəbəkələrdə rəy sorğusu keçirilib. Nəticədə məlum olub ki, N.Paşinyanın reytinqi azalaraq, 25 faizə düşüb.

“Ancaq məlumatımıza görə, hakimiyyətdaxili istifadə məqsədi ilə keçirdiyi gizli sosioloji sorğuda bu rəqəm daha çoxdur. Bir ay əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, Paşinyanın reytinqi 45 faizədək düşüb. Bu, sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib”, - yazıda bildirilib. 

Qeyd edək ki, 2018-ci il dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində N.Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku 70,43 faiz səs toplayıb. 

Son xəbərlər

Orphus sistemi