Nikol Paşinyanın istefasını tələb edənlər Yerevanda küçələri bağlayıblar

Nikol Paşinyanın istefasını tələb edənlər Yerevanda küçələri bağlayıblar Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt Yerevanın bir neçə küçəsini bağlayıblar
Region
25 Fevral , 2021 10:42
Nikol Paşinyanın istefasını tələb edənlər Yerevanda küçələri bağlayıblar
0 : 00
0 : 00

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt Yerevanın bir neçə küçəsini bağlayıblar.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

17 siyasi partiyanın formalaşdırdığı “Vətənin Xilası Uğrunda Hərəkat”ın tərəfdarları Yerevanın Verin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar.

Onlar “Nikolsuz Ermənistan!” şüarını səsləndirərək küçələri avtomobil və “canlı divar”la kəsiblər. Şəhərin başqa küçələrində də oxşar aksiyalar keçirilib.

Aksiya iştirakçıları bir müddət sonra küçələri açıblar.

Son xəbərlər

Orphus sistemi