Nikol Paşinyan "xalq məxməri inqilabı"nın başlandığını elan edib

Nikol Paşinyan "xalq məxməri inqilabı"nın başlandığını elan edib Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanda keçirilən mitinqdə etiraz aksiyasının təşkilatçısı, Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan xalq məxməri inqilabının başlandığını elan edib.
Region
105
17 Aprel , 2018 14:05
Nikol Paşinyan xalq məxməri inqilabının başlandığını elan edib
Sputnik

Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanda keçirilən mitinqdə etiraz aksiyasının təşkilatçısı, Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan "xalq məxməri inqilabı"nın başlandığını elan edib.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, N.Paşinyan erməni vətəndaşlarını yürüş keçirməyə və "dövlət orqanlarının fəaliyyətini iflic etməyə" çağırıb.

"Biz daxil ola biləcəyimiz yerdərdə oturaq etiraz aksiyaları keçirəcəyik. Mümkün olmasa, binaların qarşısında oturacaq və heç kimə oraya daxil olmağa icazə verməyəcəyik. Binalardan çıxanları isə mitinqə qoşulma şərti ilə buraxacağıq", - deputat deyib.

O vurğulayıb ki, dinc aksiya keçiriləcək, heç bir zorakılıq olmayacaq.

N.Paşinyan Ermənistanın müxtəlif şəhər və kəndlərində tərəfdarlarını bu cür addımlara çağırıb.

Son xəbərlər

Orphus sistemi