Nikol Paşinyan iki qurumun rəhbərliyinə kadr tapmır

Nikol Paşinyan iki qurumun rəhbərliyinə kadr tapmır Ermənistanın baş naziri Nikol Paşinyan polis rəisi (daxili işlər naziri) və Milli Təhlükəsizlik Xidməti direktoru vəzifələrinə təyin etməyə etibarlı adam tapmır.
Region
4 Mart , 2020 20:23
Nikol Paşinyan iki qurumun rəhbərliyinə kadr tapmır

Ermənistanın baş naziri Nikol Paşinyan polis rəisi (daxili işlər naziri) və Milli Təhlükəsizlik Xidməti direktoru vəzifələrinə təyin etməyə etibarlı adam tapmır.

“Report” “Joxovurd”a istinadən xəbər verir ki, baş nazirin bu vəzifələrə rəhbər təyin etmək üçün 15 gün vaxtı qalıb.

Qeyd edək ki, 2019-cu il sentyabrın 19-dan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti olaraq Eduard Martirosyan icra edir. Başqa sözlə, 5 ay yarımdır bu vəzifəyə rəhbər təyin olunmayıb. Ancaq bu müddət 6 aydan artıq davam edə bilməz. Odur ki, Nikol Paşinyan 15 gün müddətində bu qurumlara rəhbər təyin etməlidir.

Xatırladaq ki, 1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı. O, bu vəzifədən 2019-cu il sentyabrın 17-də azad edilib.

Ermənistan polisinin rəisi Valeri Osipyan da həmin il sentyabrın 18-də istefa verib. 

Son xəbərlər

Orphus sistemi