Nikol Paşinyan: "İclas parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq"

Nikol Paşinyan: "İclas parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq" Bakı. 16 aprel. REPORT.AZ/ Ermənistan Milli Məclisinin iclası parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq.
Region
16 Aprel , 2018 11:33
Nikol Paşinyan: İclas parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq

Bakı. 16 aprel. REPORT.AZ/ "Ermənistan Milli Məclisinin iclası parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan deyib.

O bildirib ki, bu halda Serj Sarqsyanın baş nazir təyin edilməsinə etiraz edən aksiya iştirakçıları bütün Yürüvanın küçələrini bağlayacaqlar.

Onun sözlərinə görə, onların əsas məqsədi parlamentin sabahkı iclasını pozmaq və küçələrdə vətəndaşların olmasını təmin etməkdir.

Xatırladaq ki, dünən N.Paşinyan bazar ertəsi Yerevandakı körpüləri, küçələri, metroları bağlamağa çağırıb. Bu gün səhər saatlarından etibarən etirazçılar paytaxtın bir sıra vacib küçə və prospektlərini qismən bağlayıblar.

Son xəbərlər

Orphus sistemi