Nikol Paşinyan: "Ermənistan ordusunun Baş Qərargah rəisi bu günün sonunadək işdən çıxarılacaq"

Nikol Paşinyan: "Ermənistan ordusunun Baş Qərargah rəisi bu günün sonunadək işdən çıxarılacaq" Bakı. 24 may. REPORT.AZ/ “Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan tutduğu vəzifədən azad ediləcək”.
Region
24 May , 2018 11:37
Nikol Paşinyan: Ermənistan ordusunun Baş Qərargah rəisi bu günün sonunadək işdən çıxarılacaq
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ “Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan tutduğu vəzifədən azad ediləcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin mayın 24-də keçirilən iclasında bildirib.

O, məsələ ilə bağlı Ermənistan prezidenti Armen Sarkisyana təklif göndərdiyini vurğulayıb: “Günün sonunadək Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi təyin ediləcək. O, mayın 25-də silahlı qüvvələrə təqdim olunacaq”.

Son xəbərlər

Orphus sistemi