Nikol Paşinyan Davos forumuna qatılacaq

Nikol Paşinyan Davos forumuna qatılacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Region
18 yanvar 2019 13:13
Nikol Paşinyan Davos forumuna qatılacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan "Facebook" səhifəsində yazıb.

Ermənistanın Baş naziri Davos şəhərinə yanvarın 20-də gedəcək.

Bu il İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək.

Forum 1971-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrindən, təxminən, 1000 iri şirkət və təşkilat onun üzvləri sırasında yer alır.

Son xəbərlər

Orphus sistemi