Nikol Paşinyan Baş Qərargah rəisi vəzifəsinə yeni namizəd irəli sürüb

Nikol Paşinyan Baş Qərargah rəisi vəzifəsinə yeni namizəd irəli sürüb Ermənistanın baş naziri Nikol Paşinyan Artak Davtyanı silahlı qüvvələrin baş qərargah rəisi təyin edib
Region
820
10 Mart , 2021 13:48
Nikol Paşinyan Baş Qərargah rəisi vəzifəsinə yeni namizəd irəli sürüb
Artak Davtyan

Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu hökumət başçısının mətbuat katibi Mane Gevrokyan bildirib.

Xatırladaq ki, A.Davtyan martın 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsi təyin edilmişdi.

Qeyd edək ki, A.Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olub. O, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində - 2020-ci il iyunun 7-də oğluna toy edib. Ölkədə fövqəladə vəziyyət olmasına baxmayaraq, təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak edib. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə Baş Qərargah rəisinin bu addımı ictimaiyyətdə rezonans doğurub. Etirazlara cavab olaraq onun Baş Qərargah rəisi vəzifəsindən istefa verdiyi ehtimal edilirdi.

Ötən ilin iyulun 17-də o, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri təyin olunmuşdu. Ancaq bu vəzifədə də çox işləməyib. A.Davtyan 2020-ci il noyabrın 16-da bu vəzifədən də azad olunub.

Son xəbərlər

Orphus sistemi