Nikol Paşinyan: "Ermənistan öz ərazisindən tranzit boru kəmərinin keçməsində maraqlıdır"

Nikol Paşinyan: "Ermənistan öz ərazisindən tranzit boru kəmərinin keçməsində maraqlıdır" Bakı. 29 yanvar. REPORT.AZ/ Ermənistan öz ərazisində tranzit qaz kəmərinin keçməsində maraqlıdır.
Region
29 yanvar 2019 08:39
Nikol Paşinyan: Ermənistan öz ərazisindən tranzit boru kəmərinin keçməsində maraqlıdır

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ermənistan öz ərazisində tranzit qaz kəmərinin keçməsində maraqlıdır".

“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində bildirib.

O, "Rusiyadan enerji asılılğından qurtulmaq baxımından “Şimal axını-2” kimi layihələri təhlükəli görən ölkələrlə həmrəy olub-olmadıqları" barədə sualı da cavab verib.

Hökumət başçısı deyib: “Təəssüf ki, hazırda Ermənistanda “Şimal axını-2” tikilmir. Halbuki biz də hansısa A nöqtədən B nöqtəyə qaz, yaxud neft nəql edəcək bir tranzit boru kəmərinin ölkəmizdə inşa olunmasında maraqlıyıq. Yəni bu kimi layihələr bizi çox maraqlandırır”.

Son xəbərlər

Orphus sistemi