Niderland hökuməti Ukraynaya vermək üçün 18 “F-16” qırıcının hazırlanmasına dair qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, krallığın baş naziri Mark Ryutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunu ilə bağlı "X" səhifəsində yazıb.
O qeyd edib ki, Volodimir Zelenskini Niderland hökumətinin qərarı barədə məlumatlandırıb.
Mark Ryutte bildirib ki, F-16-nın tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərin ən mühüm elementlərindəndir: “İxrac icazəsi, çatdırılmadan əvvəl bir sıra digər şərtlər, o cümlədən heyət və infrastruktur tələbləri yerinə yetirilməlidir”.