Səfir: “Niderland Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafında maraqlıdır”

Səfir: “Niderland Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafında maraqlıdır” Bu barədə səfirliyin yaydığı məlumatda bildirilib
Region
26 Aprel , 2021 17:29
Səfir: “Niderland Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafında maraqlıdır”

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Niderland Krallığının Gürcüstandakı səfiri xanım Mayke van Koldam ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.

F.Quliyev Niderland həmkarına Gürcüstandakı missiyanın yerinə yetirilməsində uğurlar diləyib. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca Azərbaycana qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklər gətirə biləcəyini bildirib.

Səfir M.van Koldam onun ölkəsinin Avropa Birliyinin üzvü olaraq Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafında, bölgədə sabitliyin və tərəqqi üçün əlverişli şəraitin təmin olunmasında maraqlı olduğunu qeyd edib. O, bölgəmizdə cərəyan edən prosesləri yaxından izlədiyini və akkreditə olduğu Gürcüstanda həm hökumət, həm də vətəndaş cəmiyyəti sektoru ilə yaxından əməkdaşlıq etdiyini söyləyib.

Bu xüsusda, Azərbaycanın Cənubi Qafqazda aparıcı iqtisadı qüvvə olduğu nəzərə alınmaqla, ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin müxtəlif formatlar çərçivəsində Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümidvarlıq ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi