“Netflix” Nona Qaprindaşvilinin ittihamlarına cavab verib

“Netflix” Nona Qaprindaşvilinin ittihamlarına cavab verib “Netflix” Nona Qaprindaşvilinin ittihamlarına cavab verib
Region
118
17 Sentyabr , 2021 20:13
“Netflix” Nona Qaprindaşvilinin ittihamlarına cavab verib

“Netflix” Nona Qaprindaşvilinin ittihamlarına cavab verib

ABŞ-ın “Netflix” əyləncə şirkəti gürcü şahmatçı, 5 qat dünya çempionu Nona Qaprindaşvilinin ittihamlarına münasibət bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şirkət beynəlxalq qrossmeysterin ittihamlarını əsassız adlandırıb.

"“Netflix”in xanım Qaprindaşvili və onun şanlı karyerasına son dərəcədə hörməti var. Lakin hesab edirik ki, iddianın heç bir əsası yoxdur və biz məsələni güclü müdafiə edəcəyik”, - şirkətin nümayəndəsi deyib.

Xatırladaq ki, N.Qaprindaşvili “Netflix”ə qarşı məhkəmə iddiası qaldıraraq şirkətdən 5 milyon ABŞ dolları məbləğində təzminat tələb edir. Buna səbəb şirkətin yayımladığı “Kraliçanın gedişi” serialında şahmatçı ilə bağlı yanlış məlumatların təqdim olunmasıdır.

Son xəbərlər

Orphus sistemi