“Rusiya ilə Ukrayna arasında müzakirə olunan bir çox məsələlər var. Əhatəli sülh razılaşmasının da imzalanması masadadır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirdiyi üçtərəfli görüşü dəyərləndirərkən bildirib.
“Belə bir halda Ukrayna bəzi ölkələrin təhlükəsizlik üzrə təminatçı olmasını istəyir. Onlardan biri də Türkiyədir. Bu görüşdə Kuleba bunu bir daha vurğulayıb”, - XİN başçısı bildirib.