Nazir: "Türkiyədə meşə yanğınlarının 88 faizi insan faktoru ilə bağlıdır"

Nazir: "Türkiyədə meşə yanğınlarının 88 faizi insan faktoru ilə bağlıdır" “Əvvəlki təcrübələrdən istifadə etməliyik. Türkiyədə meşə yanğınların 88 faizi insan faktoru ilə bağlıdır”.
Region
25 İyun , 2022 11:51
Nazir:  Türkiyədə meşə yanğınlarının 88 faizi insan faktoru ilə bağlıdır

“Türkiyədə meşə yanğınlarının 88 faizi insan faktoru ilə bağlıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi jurnalistlərə açıqlamasında deyib.

“Yanğın qəsdən və ya diqqətsizlik səbəbindən törədilə bilər. Son hadisələrin qəsd olub-olmadığına Daxili İşlər Nazirliyi münasibət bildirəcək. Amma biz ictimaiyyətə ehtiyatlı olmağı tövsiyə edirik. Bundan sonra meşə yanğınlarının təkrarlanmayacağına kimsə zəmanət verə bilməz. Amma biz diqqətli olmalıyıq”, - o söyləyib.

V.Kirişçi bildirib ki, yanğınların söndürülməsi üçün təyyarə və heliopterlər 1069 saatdır fəaliyyət göstərir: "Əraziyə 12 ton su tökülüb. Bu, bizim yanğının söndürülməsi üçün göstərdiyimiz çabaların göstəricisidir. Əlbəttə, relyefin çətinliyini də nəzərə almalıyıq. Sözsüz ki, yanğınların söndürülməsi üçün koordinasiyalı fəaliyyət çox vacibdir”.

Son xəbərlər

Orphus sistemi