Nazir: "​Türkiyədə 27 424 müəllim və təhsil işçisinin fəaliyyəti dayandırılıb"

Nazir: "​Türkiyədə 27 424 müəllim və təhsil işçisinin fəaliyyəti dayandırılıb" İsmet Yılmaz: "Türkiyəyə sığınan 514 suriyalı müəllim işə götürüləcək"
Region
117
11 Avqust , 2016 13:47
Nazir: ​Türkiyədə 27 424 müəllim və təhsil işçisinin fəaliyyəti dayandırılıb

Bakı. 11 avqust. REPORT.AZ/ "Təhsil sahəsində işləyən 27 424 müəllim və əməkdaşın fəaliyyəti dayandırılıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz bildirib.

"Ancaq Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hadisələrdən şagirdlər ziyan görməyəcək. Onların hamısı dövlət müəssisələrində təhsilini davam etdirəcək ", - deyə İ.Yılmaz söyləyib.

Onun sözlərinə görə, əlavə müəllimlər seçiləcək: "Türkiyəyə sığınan 514 suriyalı müəllim işə götürüləcək".

İ.Yılmaz bildirib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 138 min şagirdin təhsil aldığı özəl məktəblər bağlanıb. 

Son xəbərlər

Orphus sistemi