Bakı. 25 oktyabr. REPORT.AZ/ “Türkiyə ilə müzakirələri dayandırması və ya ləğv etməsi Avropa İttifaqı üçün intihar olar”.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş müzakirəçi Ömər Çelik bildirib.
“Avropa İttifaqının üzvülük yerinə imtiyazlı əməkdaşlıq təklifini isə "əxlaqsızlıq" adlandırırıq”, - nazir vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı liderlərinin sonuncu sammitində Türkiyə ilə müzakirələrin kəsilməsi və ləğv edilməsinə dair qərar qəbul olunmayıb.