Nazir müavini: "Gürcüstan Azərbaycanla tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməyə hazırdır"

Nazir müavini: "Gürcüstan Azərbaycanla tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməyə hazırdır"
Region
22 Yanvar , 2021 17:04
Nazir müavini: Gürcüstan Azərbaycanla tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməyə hazırdır
"Gürcüstan və Azərbaycan dost, qardaş ölkə və strateji müttəffiqlərdir".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan səfirliyində 20 Yanvar və 9 Aprel mövzusunda keçirilən müsabiqənin təltifetmə mərasimində çıxış edən Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından çox məmnundur: "Əlaqələrimizin ildən-ilə genişlənməsi və dərinləşməsi yalnız bölgə üçün deyil, dünya üçün də mühüm əhəmiyyət kəsb edir".
Nazir müavini qeyd edib ki, Gürcüstan bundan sonra da Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi