XİN başçısı: "Böhranın Qazaxıstanın suverenliyinə zərər verməyəcəyinə inanırıq"

XİN başçısı: "Böhranın Qazaxıstanın suverenliyinə zərər verməyəcəyinə inanırıq" “Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq”
Region
297
11 Yanvar , 2022 12:11
XİN başçısı: Böhranın Qazaxıstanın suverenliyinə zərər verməyəcəyinə inanırıq
Mövlud Çavuşoğlu

“Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.

“Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi