Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək Qazaxıstanın "Nur Otan" Partiyasının XXI növbədənkənar qurultayı 2022-ci il yanvarın 28-də keçiriləcək.
Region
19 Yanvar , 2022 16:15
Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

Yanvarın 28-də Qazaxıstanın "Nur Otan" Partiyasının XXI növbədənkənar qurultayı keçiriləcək.

“Report” “Zakon”a istinadən xəbər verir ki, bu barədə partiya sədrinin birinci müavini Bauırjan Baybek tviter səhifəsində yazıb.

""Nur Otan" Partiyasının Siyasi Şurası bu ilin yanvarın 28-də növbədənkənar qurultayın keçirilməsi barədə qərar qəbul edib. Koronavirus və məhdudlaşdırıcı tədbirlər nəzərə alınaraq qurultay videoformatda keçiriləcək”, - o paylaşımında bildirib.

Qeyd edək ki, partiyanın XIX qurultayı 2019-cu il aprelin 23-də keçirilib.

Xatırladaq ki, "Nur Otan" Partiyası (Vətən Nuru Partiyası) 1999-cu ildə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis edilib. 2021-ci il noyabrın 23-dək o, bu siyasi təşkilatın dəyişməz lideri olub. Həmin tarixdən hazırkı Prezident Kasım-Jomart Tokayev partiyanın sədridir.

Son xəbərlər

Orphus sistemi