​Naxçıvandan Türkiyəyə qaçaq ətin keçirilməsinin qarşısı alınıb

​Naxçıvandan Türkiyəyə qaçaq ətin keçirilməsinin qarşısı alınıb Gömrük Mühafizə Xidməti əməkdaşlarının 5 ayda əməliyyatı nəticəsində 503 ton ət müsadirə edilib
Region
16 İyun , 2016 19:13
​Naxçıvandan Türkiyəyə qaçaq ətin keçirilməsinin qarşısı alınıb

Bakı. 16 iyun . REPORT.AZ/ Dilucu Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları Naxçıvandan Türkiyəyə gömrük qeydiyyatı aparılmayan iki TIR yük maşınında olan ətin keçirilməsinin qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.

Bildirilib ki, 71 ton qaçaq ət 2,5 milyon Türk lirəsi (1 milyon 30 min manata yaxın) dəyərindədir. Ümumiyyətlə, bu ilin əvvəlindən iyunun 6-dək Türkiyə Gömrük Mühafizə xidməti əməkdaşlarının keçirdiyi 28 əməliyyat nəticəsində 503 ton qaçaq ət müsadirə edilib. 

Məlumata görə, İran və Gürcüstan ərazilərindən Türkiyəyə qaçaq yolla sağlam olmayan ətin keçirilməsinin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi