İrandakı zəlzələ Naxçıvanda hiss olunub.
Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 18:43-də Ordubad stansiyasından 68 km cənub-qərbdə İranın Xoy şəhərində maqnitudası 4.4 olan zəlzələ qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 8 km-dir.
Zəlzələ Naxçıvan MR-də 3 bala qədər hiss olunub.