Aleksey Navalnı komaya düşüb

Aleksey Navalnı komaya düşüb Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.
Region
20 Avqust , 2020 10:43
Aleksey Navalnı komaya düşüb
Aleksey Navalnı
0 : 00
0 : 00

“Aleksey Navalnı hazırda komandadır, o, ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub”.

“Report” xəbər verir ki, bu barədə siyasətçi Lyubov Sobol “Facebook”da yazıb.

09:29

"Zəhərlənən Navalnının vəziyyəti ağırdır. Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Aleksey Navalnının vəziyyəti ağırdır".

“Report” xəbər verir ki, bunu TASS-a Omsk xəstəxanasından bildiriliblər.

09:10

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, - o qeyd edib.

“Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, - K.Yarmış əlavə edib.  

Son xəbərlər

Orphus sistemi