NATO və Rusiya Baş Qərargah rəisləri hərbi insidentlərin qarşısının alınması məsələsini müzakirə edəcək

NATO və Rusiya Baş Qərargah rəisləri hərbi insidentlərin qarşısının alınması məsələsini müzakirə edəcək Bakı. 10 aprel. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı Körtis Skaparotti arasında aprel ayının sonuna qədər görüş nəzərdə tutulub.
Region
10 Aprel , 2018 17:16
NATO və Rusiya Baş Qərargah rəisləri hərbi insidentlərin qarşısının alınması məsələsini müzakirə edəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı Körtis Skaparotti arasında aprel ayının sonuna qədər görüş nəzərdə tutulub. 

Bu barədə "Report" TASS istinadən xəbər verir.

"General Gerasimovla general Skaparotti arasındakı görüşə hazırlıq başa çatmaq üzrədir, görüş bu ayın sonuna nəzərdə tutulub. Görüşün əsas müzakirə mövzusu Rusiya və NATO-nun hərbi sahədə atdığı addımların yanlış anlaşılması ilə yarana biləcək gərginliklərin qarşısının alınması barədə olacaq", - Brüsseldəki diplomatik mənbə bildirib.

Qeyd edək ki, ötən il sentyabrın 7-də Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin sədri, general-polkovnik Petr Pavel arasında görüş keçirilib. Görüşdə tərəflər beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi