NATO rəsmisi Gürcüstana səfər edib

NATO rəsmisi Gürcüstana səfər edib NATO Baş katibinin təhlükəsizlik məsələləri üzrə müavin köməkçisi Ceyms Appaturay Gürcüstana səfər edib.
Region
19 Aprel , 2022 19:00
NATO rəsmisi Gürcüstana səfər edib

NATO Baş katibinin təhlükəsizlik məsələləri üzrə müavin köməkçisi Ceyms Appaturay Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

Alyans rəsmisinin Gürcüstan parlamenti, Ədliyyə, Xarici İşlər və Müdafiə nazirliklərində görüşləri planlaşdırılıb. Onun səfirlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, C.Appaturay on il ərzində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. O, ötən ilin yayında bu vəzifəni tərk edib.

Son xəbərlər

Orphus sistemi