NATO PA Rusiyaya qonşu ölkələrin təhlükəsizlik zəmanəti haqqında bəyannamə qəbul edib

NATO PA Rusiyaya qonşu ölkələrin təhlükəsizlik zəmanəti haqqında bəyannamə qəbul edib Sənəd Assambleyanın üçgünlük iclasının nəticələrinə görə yekdilliklə qəbul edilib
Region
30 May , 2016 17:57
NATO PA Rusiyaya qonşu ölkələrin təhlükəsizlik zəmanəti haqqında bəyannamə qəbul edib

Bakı. 30 may. REPORT.AZ/ NATO-nun Parlament Assambleyası (PA) alyansa daxil olan və Rusiya ilə qonşu regionlarda yerləşən ölkələrin təhlükəsziliyini təmin etməyə çağıran bəyannamə qəbul edib. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sənəd Assambleyanın Albaniyanın paytaxtında keçirilən üçgünlük iclasının nəticələrinə görə yekdilliklə qəbul edilib. İclasda alyansın 28 ölkəsindən və NATO-nun tərəfdaş dövlətlərindən 250 parlamentari iştirak edib. 

Bəyannamədə NATO PA hərbi blok ölkələrini təhlükədə olduğunu hiss edən üzv ölkələrə zəmanət verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi