NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gedib

NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gedib NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana səfər edib
Region
30 İyun , 2021 00:04
NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gedib

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, üçgünlük səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

Alyans rəsmisinin Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.

C.Appaturay jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstana səfəri NATO-nun xüsusi nümayəndəsi kimi son səfəridir: “Səfərimin məqsədi Gürcüstanın NATO ilə yaxınlaşmasına bir daha töhfə verməkdir”.

Son xəbərlər

Orphus sistemi