NATO-nun keçmiş Baş katibi mükafat müqabilində Ermənistana səfər edib

NATO-nun keçmiş Baş katibi mükafat müqabilində Ermənistana səfər edib Ermənistan hökuməti NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenə bu ölkəyə son səfəri üçün pul ödəyib.
Region
17 Mart , 2023 16:19
NATO-nun keçmiş Baş katibi mükafat müqabilində Ermənistana səfər edib

Ermənistan hökuməti NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenə bu ölkəyə son səfəri üçün pul ödəyib.

“Report” xəbər verir ki, bu barədə Elison Taxmizyan Meze tvitter səhifəsində yazıb.

“Elə bilirsiniz ki, Anders Foq Rasmussen Ermənistana ürəyi yandığından, altruizm hisslərindən, NATO-nu hər hansı bir statusda təmsil etmək üçün gəlmişdi? Ermənistan hökuməti ona bunun müqabilində pul ödəyib”, - o qeyd edib.

NATO-nun keçmiş Baş katibinin gəlir deklarasiyasına əsasən, onun müştəriləri arasında Avropa İttifaqının Yaponiya və Tayvandakı missiyaları, “Equinor”, “Viasat” və s. kimi Ermənistan da var.

Xatırladaq ki, “Rasmussen Global” konsaltinq təşkilatının təsisçisi Anders Foq Rasmussen martın 13-də İrəvana gedib və orada rəsmi şəxslər, o cümlədən Ermənistanın baş naziri və müdafiə naziri ilə görüşüb, ziddiyyətli bəyanatlar verib. Yeri gəlmişkən, bu, Rasmussenin Ermənistana ilk səfəri deyil. O, ilk dəfə bu ölkəyə 2012-ci ilin sentyabrında səfər etmişdi. O vaxt NATO-nun sabiq Baş katibi Azərbaycana da gəlmişdi.

Son xəbərlər

Orphus sistemi