NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb

NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun fövqəladə Zirvə toplantsında iştirak etmək üçün Belçikaya səfər edəcək.
Region
19 Mart , 2022 15:17
NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun fövqəladə zirvə toplantısında iştirak etmək üçün Belçikaya səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, toplantı martın 25-də krallığın paytaxtı Brüsseldə keçiriləcək.

Məlumata görə, sammitdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.

Belə ki, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyini NATO-dakı müttəfiqlərinə qeyd edəcək. O, iki ölkə arasında atəşkəsə nail olmaq üçün özünü və hərbi rəhbərliyin göstərdiyi cəhdləri alyans liderlərinə çatdıracaq.

Məlumat qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan tərəflər arasında münaqişənin həlli ilə bağlı təkliflərini təqdim edəcək.

Eyni zamanda, sammitdə NATO liderləri Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlı bundan sonrakı fəaliyyətə dair fikir mübadiləsi aparacaq.

Toplantıda həmçinin alyansın müdafiəsinin gücləndirilməsi və çəkindiricilik üçün atılacaq addımlar da müzakirə ediləcək.

Sammitə ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Conson da qatılacaq.

Türkiyə Prezidenti zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirəcək.

Qeyd edək ki, məsələ ilə əlaqədar fevralın 25-də alyansa üzv dövlətlərin liderlərinin videokonfransı keçirilib.

Son xəbərlər

Orphus sistemi