​NATO-nun baş katibi: "Türkiyənin özünü müdafiə etmək hüququ var, lakin tədbirlər mütənasib olmalıdır"

​NATO-nun baş katibi: "Türkiyənin özünü müdafiə etmək hüququ var, lakin tədbirlər mütənasib olmalıdır" "Heç bir terror aktı məsələnin dinc və siyasi həllinin tapılması üçün səylərə mane olmamalıdır"
Region
27 İyul , 2015 18:59
​NATO-nun baş katibi: Türkiyənin özünü müdafiə etmək hüququ var, lakin tədbirlər mütənasib olmalıdır

Bakı. 27 iyul. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq PKK mövqelərinə aviazərbələrin endirilməsi ilə bağlı kürdlərlə aparılan sülh prosesinin dayandırılmasından narahatlığını Türkiyənin baş naziri Əhməd Davudoğluna ünvanlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Bütün ölkələrin özünü müdafiə etmək hüququ var. Türkiyə də özünü terror hücumlarından müdafiə etmək hüququna malikdir. Lakin bu tədbirlər mütənasib olmalı və bu, münaqişənin dərinləşməsinə gətirib çıxarmamalıdır", - Y.Stoltenberq Norveçin NRK radiosuna müsahibəsində bildirib.

O qeyd edib ki, heç bir terror aktı məsələnin dinc və siyasi həllinin tapılması üçün səylərə mane olmamalıdır. 

Son xəbərlər

Orphus sistemi