Bakı. 3 avqust. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq avqustun sonlarında Gürcüstana səfər edəcək.
"Report" "Qruziya-onlayn"a istinadən xəbər verir ki, NATO baş katibinin Gürcüstana səfəri iki gün davam edəcək və avqustun 26-27-də baş tutacaq.
Yens Stoltenberq səfər çərçivəsində Gürcüstan-NATO birgə Təlim-Tədris Mərkəzini açacaq. Həmçinin, Gürcüstan hökumətinin bir sıra vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.