Bakı. 16 aprel. REPORT.AZ/ “Bu əməliyyat Rusiya, Bəşşar Əsəd və İran üçün açıq-aşkar mesaj idi”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
O, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasına da münasibət bildirib. Baş katib qeyd edib ki, bu rəsmi Ankaranın suveren qərardır: “Bizim üçün əsas problem bu sistemlə NATO sistemlərinin bir-birinə inteqrasiya edilməsidir”.
