NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"

NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir" NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.
Region
159
7 May , 2022 11:29
NATO-nun Baş katibi: Artıq Ukraynaya müasir silahlar verilməlidir

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.

Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz".

Son xəbərlər

Orphus sistemi