NATO komandanlığı təlim zamanı Atatürk və Ərdoğanın şəkillərini hədəf seçən zabiti ordudan qovub

NATO komandanlığı təlim zamanı Atatürk və Ərdoğanın şəkillərini hədəf seçən zabiti ordudan qovub Mərkəzi komandanlıq hadisə ilə bağlı Türkiyədən yazılı üzr istəyib
Region
17 Noyabr , 2017 16:52
NATO komandanlığı təlim zamanı Atatürk və Ərdoğanın şəkillərini hədəf seçən zabiti ordudan qovub

Bakı. 17 noyabr. REPORT.AZ/ NATO-nun təlimində Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkü və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı düşmən olaraq təqdim edən hərbçi ordu sıralarından qovulub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı NATO-nun Norveçdəki Ortaq Hərbi Mərkəzi Komandanlığı açıqlama yayıb. 

Mərkəzi komandanlıq hadisə ilə bağlı Türkiyədən yazılı üzr istəyib.

Qeyd edək ki, noyabrın 16-da NATO-nun təlim mərkəzində bir zabit Atatürkün və Ərdoğanın şəkilləri olan tablonu düşmənlə əməkdaşlıq kimi təqdim edib. Həmin tablonu sosial şəbəkədə paylaşıblar.

Buna görə də Türkiyə NATO-nun Norveçdəki Mərkəzi Kmandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.

İnformasiyaya əsasən, bu ilk hadisə deyil. Təlim müddətində ilk hadisə internet səhifəsində NATO-nun bir zabiti Atatürk fotosunun texniki düşmənlər sırasında paylaşıb. Türkiyəli zabitlərin etirazından sonra həmin şəxs işdən qovulub.

İkinci hadisə zamanı isə NATO-nun sosial paylaşım saytında Ərdoğanın adına sosial saxta səhifə açılıb və alyansın əleyhinə materiallar yayılıb. Saxta səhifə açanın Türkiyə əsilli Norveç ordusunun zabiti olduğu müəyyən edilib. Bu zabit də ordu sıralarından qovulub.

Son xəbərlər

Orphus sistemi