NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb

NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, ondan əvvəlki bütün silahlı münaqişələr kimi danışıqlar masası arxasında bitəcək. Yeganə sual bunun nə vaxt və hansı şəraitdə olmasıdır.
Region
25 May , 2022 08:29
NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, ondan əvvəlki bütün silahlı münaqişələr kimi danışıqlar masası arxasında bitəcək. Yeganə sual bunun nə vaxt və hansı şəraitdə olmasıdır.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Məqsədimiz Ukraynaya döyüş meydanında danışıqlarda Kiyev tərəfi üçün məqbul şərait yaradan belə bir nəticə əldə etməyə kömək etməkdir. Yəni seçimdən danışırıq: ya Ukraynaya müharibədə qalib gəlməyə kömək edirik, ya da danışıqları dəstəkləyirik. Söhbət Ukraynanın sülh danışıqları aparmaq üçün döyüşdə məqbul şərtlər əldə edəcək qədər güclü olmasından gedir”, - Stoltenberq əlavə edib.

Baş katib həmçinin NATO-nun Ukrayna müharibəsində əsas vəzifəsini açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində alyansın iki əsas məqsədi var: - birincisi, alyans Ukrayna ordusuna öz ölkəsini müdafiə etməyə kömək etməyə çalışır, ikincisi, müharibənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almağa səy göstərir.

Son xəbərlər

Orphus sistemi