NATO baş katibi noyabrın 20-də İstanbula gedəcək

NATO baş katibi noyabrın 20-də İstanbula gedəcək Yens Stoltenberq Türkiyəyə NATO-nun Parlamentlərarası Assambleyasında iştirak etmək üçün səfər edəcək
Region
18 Noyabr , 2016 16:23
NATO baş katibi noyabrın 20-də İstanbula gedəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 20-də İstanbula gedəcəyini bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə Almaniyanın Marşall Fondunun nümayəndəliyində çıxışı zamanı deyib.

Y.Stoltenberqin sözlərinə görə, Türkiyəyə NATO-nun Parlamentlərarası Assambleyasında iştirak etmək üçün səfər edəcək.

Baş katib "Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ünsiyyətə necə baxırsınız" sualını cavablandırarkən, burada qeyri-adi heç nəyin olmadığını, bunun beynəlxalq dövlətlərarası münasibətlər təcrübədəsində adi hal olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi