Natia Turnava: “Xəzər qazının Avropaya Gürcüstan üzərindən tədarükü tarixi hadisədir”

Natia Turnava: “Xəzər qazının Avropaya Gürcüstan üzərindən tədarükü tarixi hadisədir” Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, planlaşdırılan bütün tədbirlər həyata keçirilib
Region
11 Fevral , 2021 19:04
Natia Turnava: “Xəzər qazının Avropaya Gürcüstan üzərindən tədarükü tarixi hadisədir”
Natia Turnava

“Xəzər dənizindən qazın Gürcüstan vasitəsilə Avropaya tədarükü reallığa çevrilib. Biz hamımız, həqiqətən də, bölgə ölkələrinin çoxəsrlik arzusunun həyata keçdiyi tarixi prosesin iştirakçılarıyıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxışında deyib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, planlaşdırılan bütün tədbirlər həyata keçirilib: “Bu gün artıq gələcək planlar, hətta bu təşəbbüsdə Türkmənistanın da iştirakı müzakirə olunur. Həmçinin strateji tərəfdaşımız və dost ölkə olan Azərbaycanın həyata keçirdiyi yeni geoloji-kəşfiyyat işləri və yeni həcmlər barədə də danışılır. Biz bu dəhlizin və boru kəmərləri şəbəkəsinin gələcək genişlənməsi, digər Avropa, məsələn, Balkan ölkələrinin cəlb olunması məsələsini də nəzərdən keçiririk”.

N.Turnava qeyd edib ki, Gürcüstanın “Şahdəniz” yatağından əldə etdiyi qazın həcmi ildən-ilə artır və bu da ölkənin enerji müstəqilliyini möhkəmləndirir.

Son xəbərlər

Orphus sistemi