Natia Turnava: Qarabağ münaqişəsinin başa çatması Gürcüstanda iqtisadi artıma əsas verir

Natia Turnava: Qarabağ münaqişəsinin başa çatması Gürcüstanda iqtisadi artıma əsas verir “Vaksinasiya və bölgədə sülh bu il Gürcüstanda 4,3 %-lik iqtisadi artıma əsas verir”.
Region
171
6 Fevral , 2021 18:25
Natia Turnava: Qarabağ münaqişəsinin başa çatması Gürcüstanda iqtisadi artıma əsas verir
Natia Turnava

“Vaksinasiya və bölgədə sülh bu il Gürcüstanda 4,3 %-lik iqtisadi artıma əsas verir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala müsahibəsində deyib.

Onun sözlərinə görə, 2020-ci il proqnozlaşdırılandan daha çətin keçib: “Bunun əsas səbəblərindən biri pandemiya oldu. Bundan başqa, bölgədəki vəziyyət də hər zaman önəmli rol oynayır. Ötən il Ermənistan və Azərbaycan arasında münaqişə baş verdi. Münaqişənin sülhlə başa çatması çox vacibdir. Regionda sülh hökm sürür və artıq neqativ faktorlar olmayacaq”.

N.Turnava qeyd edib ki, iqtisadi artımı sürətləndirmək məqsədilə faydalı qazıntıların hasilatı üçün çox sayda lisenziyaların verilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi və islahatların aparılması planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi