“Buşer” AES-in fəaliyyəti bərpa olunub

“Buşer” AES-in fəaliyyəti bərpa olunub İki həftəlik fasilədən sonra İrandakı “Buşer” AES-in fəaliyyəti bərpa olunub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Press TV” dövlət telekanalı məlumat yayıb.
Region
122
3 İyul , 2021 12:24
“Buşer” AES-in fəaliyyəti bərpa olunub

İki həftəlik fasilədən sonra İrandakı “Buşer” AES-in fəaliyyəti bərpa olunub.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Press TV” dövlət telekanalı məlumat yayıb.

Xatırladaq ki, iyunun 20-də texniki nasazlıq səbəbindən elektrik stansiyasına elektrik enerjisinin ötürülməsi dayandırılıb. Həmin vaxt İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat vermişdi ki, “Buşer” AES-ə heç bir hücum olmayıb, stansiyanın fəaliyyəti texniki nasazlıq səbəbindən dayandırılıb.

“Atom stansiyasının fəaliyyəti texniki nasazlıq aşkarlandıqdan bir neçə gün sonra dayandırılıb. Artıq nasazlıq aradan qaldırılıb və AES-in fəaliyyəti bərpa edilib” - İranın elektrik enerjisi üzrə nümayəndəsi Mustafa Rəcəbi Məşhədi bildirib.

O əlavə edib ki, AES-in fəaliyyətinin bərpa edilməsi ilə ölkənin elektrik şəbəkəsinə 1000 meqavat elektrik enerjisi daxil olacaq.

Son xəbərlər

Orphus sistemi