NASA Türkiyədəki meşə yanğınlarının fəzadan çəkilmiş şəklini yayıb

NASA Türkiyədəki meşə yanğınlarının fəzadan çəkilmiş şəklini yayıb Texnika tüstü buludunu Mersin əyalətində qeydə alıb
Region
5 İyul , 2017 23:11
NASA Türkiyədəki meşə yanğınlarının fəzadan çəkilmiş şəklini yayıb

Bakı. 5 iyul. REPORT.AZ/ NASA Türkiyədəki meşə yanğınlarının peyk vasitəsi ilə fəzadan çəkilmiş şəklini yayıb.

"Report" xəbər verir ki, foto NASA-nın rəsmi saytının meşə yanğınlarına aid bölməsinə yerləşdirilib.

Texnika tüstü buludunu Aralıq dənizinin Türkiyə sahillərində, meşə yanğınlarının baş verdiyi Mersin əyalətində qeydə alıb. Yanğın iyulun 1-də başlayıb. O, güclü külək səbəbindən sürətlə yayılıb. İki gün sonra yanğınsöndürənlər alovun qarşısını ala biliblər.

İlkin məlumata görə, alov 200 hektar sahəni əhatə edib.

Son xəbərlər

Orphus sistemi