Edvard Nalbandyan: "20 min suriyalı qaçqın Ermənistanda sığınacaq tapıb"

Edvard Nalbandyan: "20 min suriyalı qaçqın Ermənistanda sığınacaq tapıb" Ermənistan XİN başçısı Cenevrədə suriyalı qaçqınlara həsr olunmuş görüşdə çıxış edib
Region
30 Mart , 2016 16:54
Edvard Nalbandyan: 20 min suriyalı qaçqın Ermənistanda sığınacaq tapıb

Bakı. 30 mart. REPORT.AZ/ "Bu günə qədər təxminən 20 min suriyalı qaçqın Ermənistanda sığınacaq tapıb".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Cenevrədə suriyalı qaçqınlara həsr olunmuş yüksək səviyyəli görüşdə deyib.

"Ermənistan burada sığınacaq tapan suriyalıların qayğısına qalmağa davam edəcək. Biz suriyalı qaçqınların humanitar ehtiyaclarını qarşılamaq və onların ölkəmizə inteqrasiyasını asanlaşdırmaq üçün Ermənistana edilən yardımları alqışlayırıq. Ermənistan hökuməti bunun üçün qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirib", - deyə E.Nalbandyan bildirib.

Son xəbərlər

Orphus sistemi