Müxalifətyönlü bloqqerlər Paşinyanı onlara təzyiq göstərməkdə günahlandırıblar

Müxalifətyönlü bloqqerlər Paşinyanı onlara təzyiq göstərməkdə günahlandırıblar Bakı. 12 oktyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan Maraliq şəhərində müxalifətyönlü bloqqerlərlə bağlı baş verən hadisədə ittiham olunub.
Region
12 oktyabr 2018 11:50
Müxalifətyönlü bloqqerlər Paşinyanı onlara təzyiq göstərməkdə günahlandırıblar
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan Maraliq şəhərində müxalifətyönlü bloqqerlərlə bağlı baş verən hadisədə ittiham olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Narek Malian və Artur Danielyan adlı bloqqerlər “facebook”da yaratdıqları “Adekvad” səhifəsində mütəmadi olaraq baş nazir və tərəfdarlarına qarşı tənqidedici videolar, bölgələrdə hazırladıqları reportajları paylaşırlar.

Şiraq vilayətinin Maraliq şəhərində merin istefası tələbi ilə dünən keçirilən etiraz aksiyası zaman çəkib paylaşdıqları videoda görünür ki, bir neçə nəfər onları araya alıb etirazçıları təhqir etməkdə günahlandırır, biri isə operatorun əlindəki kameranı yerə salır. Bundan sonra N.Malian və A.Danielyan polis bölməsinə aparılıb və daha sonra sərbəst buraxılıb.

Keçirdikləri mətbuat konfransında N.Malian sözügedən hadisəyə görə şəxsən baş nazir N.Paşinyanı ittiham edərək bunu hakimiyyətin təxribatı olduğunu vurğulayıb. Hələlik qarşı tərəf bu ittihamı şərh etməyib.

Son xəbərlər

Orphus sistemi