Müxalifət lideri Nikol Paşinyanı psixoloji cəhətdən anormal adlandırıb

Müxalifət lideri Nikol Paşinyanı psixoloji cəhətdən anormal adlandırıb O deyib ki, belə şəxslər dövlətin və vətəndaşların təhlükəsizliyini ciddi təhdid edirlər
Region
345
17 Sentyabr , 2020 16:16
Müxalifət lideri Nikol Paşinyanı psixoloji cəhətdən anormal adlandırıb
Nikol Paşinyan
0 : 00
0 : 00

“Ciddi psixoloji problemlərdən əziyyət çəkən şəxslərin ali dövlət vəzifələri tutmamasının Konstitusiyada təsbit edilməsinin vaxtı çatıb”.   

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyası və eyniadlı parlament fraksiyasının sədri, milyonçu deputat Qaqik Sarukyan “Facebook” səhifəsində baş nazir Nikol Paşinyana cavabında bildirib.

O deyib ki, belə şəxslər dövlətin və vətəndaşların təhlükəsizliyini ciddi təhdid edirlər.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan Q.Sarukyanı qrup şəklində zorlamda iştirak etməkdə ittiham edib. Müxalifət lideri isə ad çəkməsə də, N.Paşinyanın psixoloji problemlərinin olmasına eyham vurub. 

Son xəbərlər

Orphus sistemi