Mustafa Şəntop: Avropa Parlamenti Suriyaya görə yaşadıqlarımızdan utanmalıdır

Mustafa Şəntop: Avropa Parlamenti Suriyaya görə yaşadıqlarımızdan utanmalıdır Türkiyə parlamentinin spikeri Mustafa Şəntop Avropa parlamentinin Suriya münaqişəsi üzrə qətnaməsini pisləyib
Region
14 Mart , 2021 03:09
Mustafa Şəntop: Avropa Parlamenti Suriyaya görə yaşadıqlarımızdan utanmalıdır
Mustafa Şəntop

Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop Avropa parlamentinin Suriya münaqişəsi üzrə qətnaməsini pisləyib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

"Bu sənəd prinsip etibarilə bizi çox təəccübləndirmədi. Avropada şəxsi xeyirləri və ambisiyaları haqqında düşünən xeyli sayda siyasətçi var", - Şəntop deyib.

Türkiyə Böyük Millət Məclisinin spikeri vurğulayıb ki, Avropa Parlamentinin üzvləri Suriya üzrə qərəzli mövqeyə, xüsusən Türkiyənin Suriya münaqişəsinə görə yaşadıqlarına görə utanmalıdırlar.

O, qeyd edib ki, Türkiyə beynəlxalq hüquq normalarına riayət və hörmət edir.

Son xəbərlər

Orphus sistemi