Mustafa Şəntop: “Avropa İttifaqı Türkiyəyə verdiyi vədlərə əməl etmədi”

Mustafa Şəntop: “Avropa İttifaqı Türkiyəyə verdiyi vədlərə əməl etmədi” Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İspaniyaya rəsmi səfər edib. Spiker, səfər çərçivəsində yerli və beynəlxalq mətbuat nümayəndələrinə açıqlamalar verib.
Region
20 Sentyabr , 2021 01:28
Mustafa Şəntop: “Avropa İttifaqı Türkiyəyə verdiyi vədlərə əməl etmədi”
Mustafa Şəntop

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İspaniyaya rəsmi səfər edib. Spiker səfər çərçivəsində yerli və beynəlxalq mətbuat nümayəndələrinə açıqlamalar verib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Türkiyə parlamentinin sədri çıxışı zamanı Avropa İttifaqını (Aİ) miqrasiya siyasətində məsuliyyətsiz və qeyri-hüquqi davranmaqda ittiham edib. "Avropa İttifaqı miqrasiya proqramı ilə yetərli sayda miqrant qəbul etməlidir", - Türkiyə hökumətinin rəsmisi deyib.

Mustafa Şəntop Avropa İttifaqının Türkiyəyə verdiyi vədlərə əməl etmədiyini, qanunsuz miqrasiya problemini yalnız maliyyə yardımı ilə həll edə bilməyəcəklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi