Müdafiə naziri: “1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”

Müdafiə naziri: “1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır” “1915-ci il hadisələrini təhrif edildiyi çox açıq,aydındır”.
Region
9 Noyabr , 2021 13:04
Müdafiə naziri: “1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”

“1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”.

"Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

O, bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana etdiyi çağırışı xatırladıb: “Prezidentimiz bu məsələ ilə bağlı tarixçilərdən ibarət heyətin formalaşdırılmasını təklif edib. Siyasətçilər də “mən haqlıyam”, “sən haqsızsan” deməsinlər. Tarixçilər mübahisə etsinlər, nəticəni ortaya qoysunlar.

Bizim sənədlərimiz ortadadır. Ermənistan tərəfinin populist, opportunist mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük. Bunu hamının bilməsi lazımdır”.

***

ABŞ Prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirməsinin iki ölkə arasındakı əlaqələrə neçə təsir etməsi barədə sualı cavablandıran H.Akar deyib: “ABŞ ilə NATO çərçivəsində müttəfiqik. Bir sıra ikitərəfli anlaşma və öhdəliklərimiz var. Bu çərçivədə münasibətlərimizi dinc, rasional və obyektiv şəkildə iki ölkə üçün yararlı olacaq variantda davam etdirmək üçün əlimizdən gələni edirik. Qondarma soyqırım iddiasına gəlincə, biz bir erməni millət vəkili ilə qarşılaşdıq. Bir toplantıda “Ermənilərin guya öldürüldüyü” iddialarını təkrarladı. Təsdiq olaraq da “hər kəs qəbul edir” dedi. Biz də orada belə cavab verdik ki, Qaliley dünya fırlanır deyəndə hər kəs etiraz edirdi. Ona görə də çox adamın bir yalanı təsdiq etməsi, onun doğru olduğu anlamına gəlmir. Mənim doktorantura müdafiəm də bu mövzudadı. 1915-ci il hadisələri ilə bağlı Harvard hesabatı var. ABŞ-dan gələn heyət 1600 səhifəlik hesabat hazırlayıb. Bu hesabatın bir yerində belə nə qətliam, nə də bənzəri söz var. O günkü şərtlərdən qaynaqlanan münaqişələr və onlarla birgə gələn acılar var. Hesabatdakı xüsusi detal belədir: “Türklər və ermənilər 500 il birgə yaşayıblar. Əgər biz qarışmasaq, bir 500 il də birgə yaşayarlar”.

Başqa bir şey də danışacağam. Əsil millətimizin başına gələn terror bəlası PKK var. Onların rəhbərlərindən biri ötən həftə açıqlama verdi: “Bəzi qərb gücləri bizim silahı yerə qoymağımıza icazə vermədilər, döyüşləri davam etdirməyimizi istədirlər”. Ona görə də ortada belə tablo və model var”.

Son xəbərlər

Orphus sistemi