Mövlud Çavuşoğlu və David Zalkaliani Cənubi Qafqazda təhlükəsizliyi müzakirə etdilər

Mövlud Çavuşoğlu və David Zalkaliani Cənubi Qafqazda təhlükəsizliyi müzakirə etdilər Rumıniyanın paytaxtı Buxarestdə Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında keçirilən görüşdə Cənubi Qafqazda cari proseslər və təhlükəsizlik məsələləri müzakirə olunub
Region
127
22 Aprel , 2021 22:13
Mövlud Çavuşoğlu və David Zalkaliani Cənubi Qafqazda təhlükəsizliyi müzakirə etdilər
David Zalkaliani və Mövlud Çavuşoğlu

Rumıniyanın paytaxtı Buxarestdə Gürcüstan və Türkiyənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu ilə David Zalkaliani arasında keçirilən görüşdə Cənubi Qafqazda cari proseslər və təhlükəsizlik məsələləri müzakirə olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Tərəflər bölgənin inkişafı üçün sülhün dəstəklənməsinin önəmini vurğulayıblar.

Nazirlər Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platformasının yaradılması təşəbbüsünü bir daha alqışlayıblar.

Görüşdə Gürcüstan tərəfi rəsmi Tbilisinin müxtəlif regional formatlar üzrə mövqeyini təsdiqləyib və cəlb olunacaq bütün tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmətə əsaslanan mövqenin vacibliyini qeyd edib.

XİN başçıları həmçinin Ukrayna ətrafındakı vəziyyət, həmçinin Gürcüstanın işğal altında olan bölgələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi