Mövlud Çavuşoğlu: "Sülh Ukrayna üçün ədalətli olmalıdır"

Mövlud Çavuşoğlu: "Sülh Ukrayna üçün ədalətli olmalıdır" “Sülh xüsusilə Ukrayna üçün ədalətli olmalıdır. Çünki işğal altında olan Ukrayna torpaqlarıdır”.
Region
1 fevral 2023 08:55
Mövlud Çavuşoğlu: Sülh Ukrayna üçün ədalətli olmalıdır
Mövlud Çavuşoğlu

“Sülh xüsusilə Ukrayna üçün ədalətli olmalıdır. Çünki işğal altında olan Ukrayna torpaqlarıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı Urmas Reinsalu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türiyə ədalətli sülhün tərəfdarıdır: “Biz Ukraynanı dəstəkləməyə davam edirik. İndi vəziyyət əvvəlkinə nisbətən daha mürəkkəbdir. Buna baxmayaraq, biz səylərimizi davam etdirəcəyik”.

Hazırda Ukraynanın hücum altında olduğunu xatırladan nazir buna görə də bu ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyin vacibliyini vurğulayıb: "Biz heç vaxt qeyri-qanuni ilhaqı, o cümlədən Krımın işğalını qəbul etməmişik. Ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün qorunmasıdır".

Son xəbərlər

Orphus sistemi