Mövlud Çavuşoğlu: "Regionda dayanıqlı sülhü təmin etmək zəruridir"

Mövlud Çavuşoğlu: "Regionda dayanıqlı sülhü təmin etmək zəruridir" Türkiyə XİN başçısı AŞPA-nın plenar iclasında çıxış edib
Region
12 Oktyabr , 2016 14:39
Mövlud Çavuşoğlu: Regionda dayanıqlı sülhü təmin etmək zəruridir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Regionda dayanıqlı sülhü təmin etmək zəruridir".

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında deputatlara müraciətində deyib.

Türkiyə XİN başçısı çıxışı zamanı Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya, Balkanlarda mövcud olan münaqişələrin bütün regionun sabitliyinə təhdid olduğunu bildirib.

M.Çavuşoğlu AŞPA-nın mühüm rolunu qeyd edərək Assambleyanın ümumi qərarların qəbul edilməsi üçün platforma olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi